İtaliyanın “Leççe” klubu koronavirus pandemiyasına görə ertələnən maaşları futbolçularına ödəmək üçün onların qarşısına şərt qoyub.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yaranmış iqtisadi çətinliklərlə əlaqədar futbolçularla mart ayının məvacibinin imtina etmələrinə dair razılıq əldə olunub. Lakin klub A Seriyasındakı yerini qoruya bilsə, martın maaşı bonus kimi futbolçulara ödəniləcək.

Qeyd edək ki, “Leççe” Covid-19 pandemiyasına görə yarımçıq dayandırılan A Seriyasında 20 kollektiv arasında 18-ci sırada qərarlaşıb.