İtaliyanın “Torino” klubu baş məşqçisi Valter Matsariylə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


A Seriyası təmsilçisinin “sükan”ı Moreno Lonqoya tapşırılıb. Lonqo “Torino”nun gənclərdən ibarət komandasının baş məşqçisi idi.


Matsari 2018-ci ilin yayından “Torino”nu çalışdırırdı. Turin təmsilçisi hazırda A Seriyasında 12-ci sıradadı.