İtaliyanın “Bolonya” klubu baş məşqçisi Sinişa Mihayloviçin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Bolonya” 51 yaşlı serbiyalı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb.

Mihayloviç 2019-cu ilin yayından “Bolonya”nı çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 10-cu sıradadır.