İtaliya klubunda baş məşqçiylə yeni müqavilə
- 26 Sen 2020 19:00
- 616
İtaliyanın “Spetsiya” klubu baş məşqçisi Vinçentso İtalyano ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtalyano 2019-cu ilin iyulundan “Spetsiya”nı çalışdırır.