İtaliya klubunda ciddi itki
- 31 Dek 2020 17:31
- 567
Futbol üzrə Xorvatiya yığmasının və İtaliyanın “Kalyari” klubunun yarımmüdafiəçisi Marko Roq uzun müddətə sıradan çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
A Seriyasının 14-cü turu çərçivəsində “Roma” ilə oyunda zədələnən futbolçunun vəziyyəti gözlənildən də ağır olub. 25 yaşlı yarımmüdafiəçinin əməliyyat olunmasına ehtiyac duyulub. Əməliyyat uğurlu keçsə də, futbolçunun azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Roq bu mövsüm “Napoli”dən “Kalyari”yə transfer edilib.