İtaliya klubunda yeni baş məşqçi
- 06 Fev 2020 13:40
- 821
İtaliyanın “Breşiya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi bu postu Dieqo Lopesə tapşırıb.
O, ötən gün istefaya göndərilən Eugenio Korinini əvəz edib. Lakin 45 yaşlı uruqvaylı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Son olaraq Uruqvayın “Penyarol” klubunu çalışdırmış Dieqo Lopes əvvəllər İtaliyada “Kalyari”, “Bolonya” və “Palermo”ya da baş məşqçilik edib.
“Breşiya” A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sırada qərarlaşıb.