![photo](https://rekord.az/uploads/5/200578-11eyv0y769-600x300.jpg)
İtaliya klubunda yeni baş məşqçi
- 2024-07-03 10:30
- 74
İtaliyanın “Empoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, komandanı Roberto D`Aversa çalışdıracaq.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Roberto bu vəzifədə Davide Nikolunu əvəzləyib. İtaliyalı məşqçi "Parma", "Sampdoriya", "Leççe" kimi klubları çalışdırıb.
“Empoli” A seriyasında son mövsümü 17-ci pillədə tamamlayıb.