“Fiorentina” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, sözügedən klub “Empoli”nin sol cinah müdafiəçisi Fabiano Parisini heyətinə qatıb.

Florensiya klubu bu transfer üçün 10 milyon avrosundan keçib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Parisi 2020-ci ildən formasını geyindiyi “Empoli”də 81 oyuna çıxıb, 3 qol vurub.

“Fiorentina” kapitanı Kristiano Biraqi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı italyan futbolçu 2+1 illik yeni sözləşməyə imza atıb. O, 2017-ci ildən formasını geyindiyi Florensiya klubunda 207 oyuna çıxıb, 11 qol vurub.