İtaliya klubundan 38 yaşlı futbolçu ilə yeni müqavilə
- 29 Yan 2020 14:42
- 740
İtaliyanın “Parma” klubu futbolçusu Bruno Alveşin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi 38 yaşlı müdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2018-ci ilin yayında “Parma”ya keçən portuqaliyalı müdafiəçinin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
Karyerası ərzində “Portu”, “Zenit”, “Fənərbaxça”, “Reyncers” kimi klublarda çıxış edən Alveş, 96 dəfə də Portuqaliya millisinin formasını geyinib.