İtaliya klubunun 2 məşqçisi koronavirusa yoluxdu
- 12 Dek 2020 15:40
- 579
İtaliyanın “Bolonya” klubunda koronavirusa iki yoluxma faktı qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, komandanın məşqçilər heyətinin iki üzvündə koronavirus aşkarlandığı bildirilib.
Virusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.