İtaliyanın B Seriyasında çıxış edən “Komo” klubunun futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, klubun qapıçısı Pierre Bolçininin koronavirus testinin nəticəsi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçuda heç bir simptomun olmadığı və virusun səhiyyə sahəsində çalışan ailə üzvlərinin birindən keçdiyi bildirilir.