İtaliyanın “Kalyari” klubunun futbolçusu Qaston Pereyroda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Koronavirus testi müsbət çıxan uruqvaylı yarımmüdafiəçi A Seriyasının 33-cü turunun “Roma” ilə matçını buraxacaq.

Bu gün keçiriləcək “Kalyari” – “Roma” matçı saat 20:00-da start götürəcək.