İtaliya klubunun prezidenti koronavirusa yoluxdu
- 12 Apr 2020 12:42
- 589
İtaliyanın “Pordenone” klubunun prezidenti Mauro Lovisa koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
54 yaşlı futbol adamı artıq karantinə alınıb. O, vəziyyəti ilə bağlı klub saytına açıqlamasında bunları söyləyib:
“Özümü hazırda yaxşı hiss edirəm. Amma hələ tam sağalmamışam. Səhhətimlə maraqlanan, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.