İtaliyanın “Novara” klubunun sahibi Mauritsio Rullo koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə C Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniyadan işgüzar səfərdən qayıdan Rulloya koronavirus diaqnozu qoyulub. Mauritsio Rullo hazırda karantində saxlanılır.

İtaliyada 5061 nəfər koronavirusa yoluxub. Onlardan 233-ü vəfat edib, 567-si isə reanimasiyadadır.