Avro-2020-nin 1/4 finalında Belçika ilə matçda (1:2) zədələnən İtaliya millisinin futbolçusu Leonardo Spinazzolanın son durumu müəyyənləşib.

Rekord.az İtaliya mətbuatna istinadən xəbər verir ki, onun ayağında aşil tendonunun qopduğu bildirilib. Turniri erkən başa vuran 28 yaşlı müdafiəçinin 1 il yaşıl meydanlardan uzaq qala biləcəyi yazılıb.

Xatırladaq ki, 79-cu dəqiqədə zədələnən Spinazzola meydanı göz yaşları içərisində tərk etmişdi.