İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Neapol təmsilçisi SPAL-dan Andrea Petanyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçuyla 5 illik müqavilə imzalanıb.

Petanya mövsümün sonuna qədər icarə əsasında SPAL-da forma geyinəcək.

“Milan”ın yetirməsi olan Petanya, bir dəfə də İtaliya yığmasının formasını geyinib.

Hücumçu bu mövsüm A Seriyasında 20 oyunda 8 qol vurub.