Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı hücumçu Stefano Okakanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Udineze”dən transfer olunmuş 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu yeni komandasında 77 nömrəli formanı geyinəcək.

Okaka peşəkar karyerasına yetirməsi olduğu “Roma”da başlayıb. O, sonralar “Modena”, “Breşiya”, “Fulhem”, “Bari”, “Parma”, “Uotford, “Anderlext”, “Sampdoriya” və “Spetsiya”da da çıxış edib. İtaliya millisində 5 matça çıxmış futbolçu, 2019-cu ildən “Udineze”də forma geyinirdi.