İtaliyanın “Sampdoriya” klubunun yeni prezidenti məlum olub.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin yeni rəhbəri Canluka Vialli olacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Sampdoriya”da bir neçə gün əvvəl klub prezidenti Massimo Ferrera vəzifəsindən istefa verib. Buna funksionerin maliyyə fırıldaqçılığında günahlandırılaraq, həbs edilməsi səbəb olub.

Hazırda İtaliya yığmasında məşqçilik edən Vialli, futbolçu karyerası ərzində “Yuventus”, “Sampdoriya”, İngiltərədə “Çelsi” klubunda çıxış edib. O, oynadığı dönəmlərdə İtaliya milli komandasına da dəvət alıb.