İtaliya millisinin sabiq üzvü klubsuz qaldı
- 16 İyl 2021 20:03
- 486
İtaliyanın “Torino” klubu futbolçusu Salvatore Siriqu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı qapıçının müddəti bitən müqaviləsi yenilənməyib.
Siriqu 2017-ci ildən “Torino”da çıxış edirdi. Qapıçı İtaliya millisində 27 oyuna çıxıb.