![photo](https://www.rekord.az/storage/uploads/4/spaletti.jpeg)
İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşdi
- 18 Avq 2023 23:53
- 598
Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib.
Rekord.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad olunub. O, 2018-ci ildən milliyə rəhbərlik edib.
Spallettinin 64 yaşı var. 2021-2023-cü illərdə İtaliya təmsilçisi "Napoli"ni çalışdırıb. Komanda son mövsümdə onun rəhbərliyi altında ölkə çempionu olub.