Almaniyada təşkil edilən futbol üzrə Avropa çempionatında 2-ci oyun gününə yekun vurulub.

Rekord.az xəbər verir ki, günün sonuncu oyunu B qrupu çərçivəsində İtaliya və Albaniya milliləri arasında baş tutub.

Bu matç italyanların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

AÇ-2024
B qrupu

15 iyun

İtaliya - Albaniya 2:1
Qollar: Bastoni, 11. Barella, 16 - Bayrami, 1.
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park" stadionu.