İtaliya millisinin AÇ-2024 üçün ilkin heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, baş məşqçi Luçano Spalletti heyətə 30 futbolçu çağırıb.

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret ("Napoli"), İvan Provedel ("Latsio"), Qulyelmo Vikario ("Tottenhem");

Müdafiəçilər: Françesko Açerbi ("İnter"), Alessandro Bastoni ("İnter"), Raul Bellanova ("Torino"), Alessandro Buoncorno ("Torino"), Rikkardo Kalafiori ("Bolonya"), Andrea Kambiaso ("Yuventus"), Matteo Darmian ("İnter"), Covanni Di Lorenzo ("Napoli") , Federiko Dimarko ("İnter"), Canluka Mançini ("Roma"), Corcio Skalvini ("Atalanta");

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter"), Brayan Kristante ("Roma"), Nikolo Facioli ("Yuventus"), Maykl Folorunşo ("Verona"), Davide Frattezi ("İnter"), Jorjinyo ("Arsenal"), Lorenzo Pelleqrini ("Roma"), Samuele Riççi ("Torino");

Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El Şaaravi (“Roma”), Rikkardo Orsolini (“Bolonya”), Cakomo Raspadori (“Napoli”), Mateo Retegi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkayni (“Latsio”).

İtaliya yığması B qrupunda İspaniya, Xorvatiya və Albaniya ilə mübarizə aparacaq.