İtaliyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının bir neçə üzvünün koronavirus testi müsbət çıxıb.

Rekord.az xəbər verir ki, bununla əlaqədar İtaliya Futbol Federasiyası bütün komandanı U-20 yığması ilə dəyişdirməyə qərar verib.

Bu gün İtaliya Avropa çempionatının seçmə oyununda İrlandiya ilə üz-üzə gələcək. Piza şəhərindəki "Qaribaldi" stdionunda keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

Xatırladaq ki, İtaliyanın gənclərdən ibarət yığmasının oktyabrın 10-da səfərdə keçirilməli olan İslandiya ilə oyunu da bu səbəbdən təxirə salınmışdı.

Qeyd edək ki, İtaliya 1-ci qrupda 6 oyundan sonra 13 xala malikdir.