İtaliyada 7 klub mövsümün bərpasını istəmir
- 21 Apr 2020 13:41
- 588
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış İtaliya A Seriyasında mövsümün bərpa olunmasını istəməyən klubların sayı artmaqdadı.
Rekord.az xəbər verir ki, elitada mübarizə aparan klublardan yeddisinin 2019/20 mövsümünün bərpasını istəmədiyi bildirilir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddiaya görə, mövsümün ləğvini istəyən klublar “Torino”, “Sampdoriya, “Bolonya, “Parma”, SPAL, “Breşiya” və “Udineze”di. “Fiorentina”nın da çempionatın qaldığı yerdən davam etdirilməsinin əleyhinə olduğu barədə iddialar vardı. Lakin Florensiya təmsilçisi bu xəbərlərə dərhal reaksiya verərək, bu məlumatları təkzib edib.
Qeyd edək ki, aprelin 22-də İtaliya Futbol Federasiyası 2019/20 mövsümünün aqibəti ilə bağlı toplantı keçirməyi planlaşdırır.