"Cenoa" baş məşqçisi Aurelio Andreazolli ilə yolları ayırıb.

 

Rekord.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.

 

65 yaşlı mütəxəssis komandanın ölkə çempionatındakı uğursuz çıxışı səbəbindən istefaya göndərilib.

 

Qeyd edək ki, "Cenoa" hazırda A seriyasında 5 xalla 19-cu pillədə qərarlaşıb.