İtaliyada mövsüm başa çatdırılacaq
- 02 Apr 2020 20:00
- 610
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasında mövsümün taleyi ilə bağlı açıqlama verib
Rekord.az xəbər verir ki, o, "TMW Radio"ya açıqlamasında mövsümü tamamlamağın əsas prioritet olduğunu deyib. Qurum rəhbəri bildirib ki, mayın 20-də və ya iyunun əvvəlində oyunları keçirmək və iyulun sonuna qədər mövsümü başa vurmaq istəyirlər:
"Avqust və sentyabr variantları da müzakirə olunacaq. Biz növbəti mövsümlə bağlı risk etmək istəmirik. Neytral ərazidə oynamaq ən yaxşı qərar deyil. Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. İnanıram ki, hətta “Yuventus” da bu qərara qarşı çıxardı".