“Yuventus” məşqləri bərpa etməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi İtaliyadan kənarda olan bütün futbolçulara qayıtmaqla bağlı göstəriş verib.

İtaliyada karantin qaydaları nisbətən yüngülləşdirilib və klublara mayın 4-dən etibarən məşqləri bərpa etməyə icazə verilib. Artıq “Roma”, “İnter”, “Napoli”, “Sassuola”, “Boloniya”da futbolçulara qayıtmaqla bağlı göstəriş verib.

O da bildirilir ki, xaricdən İtaliyaya qayıdan hər bir futbolçu 14 gün karantində saxlanılacaq. Amma çox qəribədir ki, İtaliyanın idman naziri Vinçentso Spadafora klubların məşqləri bərpa etməsinə icazə verilmədiyini deyib:

“Mən bir neçə qəribə məlumata rast gəldim. Mənim futbolla bağlı mövqeyimdə heç bir dəyişiklik yoxdur. Komandaların məşqə başlamasına mayın 18-dən icazə veriləcək”.