İtaliya A seriyasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, "Napoli"nin oyunçusu Kalidu Kulibali ötən ayın ən yaxşısı seçilib.

Bununla da, o, tarixdə ilk dəfə olaraq bu mükafatı alan ilk müdafiəçi olub.

Kulibali sentyabrda ölkə çempionatında meydana çıxdığı 4 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.