İtaliyada iyulun əvvəlindən etibarən azarkeşlərin stadiona girişinə icazə veriləcək.

Rekord.az xəbər verir ki, bu barədə futbol federasiyasının prezidenti Qabriele Qravina "Deejay" radiosuna müsahibəsində deyib.

“İndi çatışmayan yeganə şey azarkeşlərdir. Hesab edirəm ki, onlar iyuldan etibarən tədricən stadionlara qaytarılmalıdır".

Martda koronavirus pandemiyası səbəbindən dayandırılan İtaliya A Seriyası iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.