İtaliyanı tərk etmək istəyən İquaynı polis saxladı
- 20 Mar 2020 15:30
- 690
İtaliyadan Argentinaya qayıtmaq istəyən “Yuventus”un futbolçusu Qonsalo İquayn saxlanılıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu karantin rejimindən qaçaraq, ölkəsinə qayıtmaq istəyib. Ancaq polislər onu hava limanında saxlayıb və geri qaytarıb.
Koronavirus testinin mənfi çıxmasına baxmayaraq, İquayna Argentinaya getməyə icazə verilməyib.
“Yuventus”un bütün heyəti hazırda karantindədir. Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matuidinin koronavirus testi də müsbət çıxıb.