İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırdı
- 23 Avq 2021 19:00
- 542
"Kyevo" fəaliyyətini dayandırıb.
Rekord.az xəbər verir ki, əvvəllər A Seriyasında çıxış etmiş Verona təmsilçisi D Seriyasında iştirak üçün ərizə verə bilməyib.
Sənəd qəbulu üçün son müddət avqustun 24-dəkdir.
"Kyevo" ötən mövsümün yekununda maliyyə pozuntuları ilə əlaqədar B Seriyasından kənarlaşdırılıb. Klub bu mövsüm D Seriyasında çıxış etmək istəsə də, maliyyə təminatı olmadığı üçün müvafiq sənədləri təqdim edə bilməyib.
1929-cu ildə təsis olunmuş "Kyevo" 2001-ci ildə ilk dəfə İtaliya A Seriyasına yüksəlib.
Debüt mövsümündə 5-ci yeri tutmuş "sarı-göylər" bundan 4 mövsüm sonra tarixinin ən yüksək nəticəsi olan 4-cü yeri tutaraq, 2006/2007 mövsümündə Çempionlar Liqasında debüt edib.