“Anderlext”in yarımmüdafiəçisi Samir Nasri koronavirus pandemiyası dövründə klub nümayəndələri və futbolçularla əlaqəyə çıxmaması barədə xəbərlərə aydınlıq gətirib.

Rekord.az Belçika mətbuatına istinadən xəbər verir ki, o, bu məlumatı təkzb edib:

“Mətbuatda yazılanlar tamamilə cəfəngiyyatdır. Mən yoxa çıxmamışam. Belə şey ümumiyyətlə, olmayıb. Hər güb tibbi xidmət və Vensan Kompani ilə danışıram. Əzəlimdəki problem hələ həll olunmayıb. İndi oyunların bərpasını gözləyirəm”.

Qeyd edək ki, bu günlərdə Belçika mətbuatı aprelin 1-dən Samir Nasrinin klubu ilə əlaqə saxlamadığını və məşqlərini bərpa edən komandanın düşərgəsinə qatılmadığını yazıb. Daha sonra onun icazəsiz Dubaya getdiyi, bu səbəbdən də klubun futbolçu ilə müqaviləni ləğv etmək istədiyi barədə məlumat yayılıb.