“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ı ilə ilk - səfər oyununun biletləri tükənib.

Rekord.az xəbər verir ki, bu haqda “klix.ba” məlumat yayıb.

Görüş “Qrbavitsa” stadionunda keçiriləcək. Bu arenanın tutumu isə 13000 nəfərlikdir. Matç üçün nəzərdə tutulan biletlərin hamısı 2 gün ərzində satılıb. Bu isə o deməkdir ki, oyun günü arenada anşlaq olacaq.

İyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu avqustun 3-də Bakıda olacaq.