Jelko Sopiç: “Belə oyun görmək istəmirəm”
- 04 Dek 2019 19:00
- 862
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Ağsu"nu məğlub edən "Sabah"ın baş məşqçisi Jelko Sopiçin matçdan sonra mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 5:0 hesabıyla bitən görüşü belə şərh edib:
- İlk hissə istədiyimiz kimi olmadı, yaxşı oynamadıq. Fasilədə uşaqlara dedim ki, bilmirəm bundan öncə necə olub, ancaq indi hamı sübut etməlidi ki, kim həqiqətən oynamaq istəyir. İstər Amadu, istər Təmkin, istərsə də digərləri kim oynamaq istəmirsə, gedə bilər. Onları tribunaya da göndərə bilərəm. Qalib gəldik, hesab da normaldı. Belə olmalı idi. Çox da məmnun deyiləm ki, Məhəmməd və Kərim 2 ardıcıl oyun oynadılar. Komandada gənclərin də oynamasını istəyirdim və onlara liderlik edə biləcək Kərimi və Məhəmmədi oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindir. Nəticə önəmli deyil, 5, 10, 20. Bizim ilk hissədə göstərdiyimiz oyunu istəmirdik. Mən gəldikdən sonra belə oyun görmək istəmirəm.
- Növbəti turda "Qəbələ" ilə oynayacaqsız. Nə düşünürsüz?
- "Qəbələ" ilə oyun belə olmayacaq. Bu gün daha çox gənclərə şans verdik. "Qəbələ" ilə iki görüşümüz olacaq. Həmin oyunlarda ideal heyətə üstünlük verəcəyik.
- Qış fasiləsində komandanı tərk edənlər çox olacaq?
- Oyunçular nəyə qadir olduqlarını yeni baş məşqçiyə göstərməlidirlər.
- Komandada görüləcək iş çoxdur?
- Hər məşqçi gəldikdən sonra nələrisə dəyişmək istəyir. Sistem mənim üçün vacib deyil. Mənim üçün önəmli olan futbolçuların özlərini göstərməlidir. Məşqdə neyniyiriksə, oyunda bunu ediriksə, bu vacibdir. Sistem də vacibdir. Ötən oyundan sonra bunu səhv anlamışdılar.
- Rocer Roxasla bağlı fikirləriniz nədir?
- Tək Roxas haqda danışmaq istəmirəm. Ulisse Diallo da bu gün 3 qol vura bilərdi. Oyunçu gəlib, qapımı döyüb deməlidir ki, bax, mən 3-4 qol vurdum, mənə şans ver. (komanda.az)