Jezniçak "Legiya" azarkeşlərini sakitləşdirdi: Mahirə görə narahat olmayın
- 26 May 2021 17:00
- 834
"Legiya"ya transferi an məsələsi olan Mahir Emrelinin "Neftçi" ilə Azərbaycan premyer-liqasının 28-ci turunun oyununda aldığı zədə ciddi deyil.
Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçunun sabiq komanda yoldaşı, hazırda Polşa "Visla"sında (Plotsk) çıxış edən Yakub Jezniçak bu haqda açıqlama verib: "Məndən tez-tez soruşan "Legiya" fanatları üçün: Mahir yüngül zədələnib, ciddi bir şey yoxdu. “Qarabağ"da oynadığım vaxt biz dost idik və hələ də ideal münasibətlərimiz var".
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabıyla yenildikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında Emrelinin “Legiya”ya keçəcəyini təsdiqləyib.