Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov I Liqa təmsilçisi "İrəvan"la müqavilə bağlayıb və burada qapıçılarla işləyən məşqçi kimi çalışacaq.

Rekord.az xəbər verir ki, Jidkovun Bakıya gəlişində əsas təşəbbüskar komandanın yeni baş məşqçisi Nazim Süleymanov olub.

Məhz Süleymanovun istəyi və dəvəti ilə Jidkov "İrəvan"a gəlməyə razılıq verib.