İspaniya La Liqasının sürpriz lideri “Jirona” təəccübləndirməkdə davam edir. 

Rekord.az xəbər verir ki, kataloniyalılar növbəti oyununda "Alaves"i darmadağın edib (3:0). 

"Optasports"un hesablamasına görə, "Jirona" ölkənin ən titullu klublarının nailiyyətini təkrarlayıb.

Sözügedən komanda 16 turdan sonra 41 xal toplayıb ki, əvvəllər bu göstəriciyə yalnız üç nəhəng - "Real", "Barselona" və "Atletiko" nail olub.

“Jirona” hazırda ən yaxın izləyicisindən iki xal fərqi ilə liderdir.