"Çelsi”nin fransalı futbolçusu Olivye Juru karyerasını İtaliyada davam etdirə bilər.

Rekord.az xəbər verir ki, hücumçu və A seriyası təmsilçisi ilə müqavilə barədə prinsipial razılaşma əldə edib. Tərəflər 2 illik müqavilə imzalayacaq. Müqavilə Çempionlar Liqasının "Mançester Siti” ilə final oyunundan sonra rəsmiləşdiriləcək.

 

Jiru Premyer Liqada cari mövsümdə meydana çıxdığı 17 oyunda 4 qol vurub.