İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası nəhəngi İngiltərənin “Çelsi” klubundan ayrılan Olivye Jirunu transfer edib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Müqavilənin maddi detalları açıqlanmayıb. Fransalı hücumçu yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Jiru 2018-ci ildən “Çelsi”də çıxış edirdi. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 17 oyunda meydana çıxıb və 4 qol vurub.