“Beşiktaş” klubu növbəti transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, “qara qartallar” Joao Marionun keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Benfika”dan transfer edilən portuqaliyalı futbolçu ilə 1+2 illik müqavilə imzalanıb.

31 yaşlı futbolçu karyerası ərzində “Sportinq” (Lissabon), “Vest Hem”, “Lokomotiv” (Moskva) və “İnter” klublarında oynayıb.