
Joazinyo “Qarabağ”a gəlməyin əleyhinə deyil
- 25 Noy 2022 12:00
- 558
“Qarabağ”ın maraqlandığı deyilən braziliyalı futbolçu Joazinyo açıqlama verib.
Rekord.az xəbər verir ki, futbolinfo.az-a danışan yarımmüdafiəçi Azərbaycan klubunun onunla maraqlandığı barədə xəbərlərlə şərh vermək istəmədiyini deyib: “Açığı, bu barədə danışmaq istəmirəm”.
Rusiyanın “Soçi” klubunun üzvü olan “sambaçı” “Qarabağ”da çıxış etmək istədiyini bildirib: “Niyə də yox? Azərbaycan klubunda çıxış etmək istəyərəm. Lakin indiki məqamda “Soçi” ilə müqaviləm var”.