"Qarabağ"da olduğum illər həyatımın ən gözəl dövrü idi.


Rekord.az xəbər verir ki, bunu "Qarabağ"dan ayrılan Olavio Juninyo Ağdam təmsilçisinin mətbuat xidmətinə deyib.


Braziliyanın "Flamenqo" klubuna transfer olunan 28 yaşlı hücumçu "Qarabağ" azarkeşlərinə təşəkkür edib:


"Klubdan ayrıldığımı artıq bilirsiniz. Hər bir azarkeşin mənə göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. "Qarabağ"da olduğum illər həyatımın ən gözəl anları idi. Bu müddət ərzində çox sevincli anlar yaşadım. Təbii ki, kədərli anlar da oldu.


Amma ürəyim burdan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılır. Hər bir oyun, hər bir fürsət üçün mənə göstərdiyiniz diqqət və qayğı üçün sizlərə təşəkkür edirəm. Gələcəkdə "Qarabağ"a yüksək nailiyyətlər arzu edirəm. Bu klub qarşısına qoyduğu məqsədlərə çatır. Siz azarkeşlərin dəstəyi ilə daha güclü olacaq".


2023-cü ilin yayından "Qarabağ"ın şərəfini qoruyan Juninyo "Flamenqo" ilə 3 illik müqavilə imzalayıb.