"Barselona"nın Braziliyadakı skautu Andre Kyuri "Real"ın futbolçusu Vinisuis Juniorun Kataloniya klubuna keçmək ehtimalının da olduğunu bildirib.

Rekord.az xəbər verir ki, skaut Vinisiusun “Barsa”ya deyil, “Real”a keçidini bu cür əsaslandırıb:

“Vinisius əvvəllər “Barsa”nı dəstəkləyirdi. “Barselona” PSJ-ni 6:1 hesabı ilə məğlub edəndə sevincindən ağlayırdı.

Vinisius əsl “Barselona” fanatı idi. Onun bu kluba keçidi həll olunmuşdu. Hər 2 agenti də mənim yaxın dostlarım idi.

Bütün danışıqlar həll olunmuşdu, yalnız müqavilə imzalamaq qalmışdı.

Amma sonda dostlarım mənə və kluba xəyanət etdi. Bu hadisə 2017-ci ildə baş vermişdi. O vaxtdan bu yana onlarla danışmıram”.