Juniorun karyerası sual altında
- 04 Fev 2021 17:20
- 625
Madrid "Real"ının hücumçusu Vinisius Juniorun klubdakı gələcəyi sual altına düşüb.
Rekord.az xəbər verir ki, braziliyalı start heyətdəki yerini itirib və son oyunlarda meydana yalnız ikinci hissədə çıxır.
Nüfuzlu AS qəzeti İspaniya nəhənginin bu yay Junioru satmağı planlaşdırdığını yazıb. Mənbə madridlilərin "sambaçı"nı satmaqla koronavirus pandemiyası üzündən gərginləşən maliyyə vəziyyətini yaxşılaşdırmağı hədəflədiyini vurğulayıb.
20 yaşlı Vinisius "Real"a 2018-ci ildə "Flamenqo"dan transfer olunub. 45 milyon avroya alınan ön xətt oyunçusu bu mövsüm İspaniya çempionatında 17 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.