“Sabah” Azərbaycan Premyer Liqasının 29-cu turunda bu gün “Kəpəz”i qəbul edib.


Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Masazır təmsilçinin baş məşqçisi Vasili Berezutskinin oyundan sonra mətbuat konfransı keçirilib.


Rusiyalı çalışdırıcı matçın bərbad alındığını bildirib:


“Oyun barəsində onu deyə bilərəm ki, həqiqətən bərbad matç alındı. Biz meydanda döyüşməsək, mübarizə aparmasaq, bizdən aşağıda gedən komandalarla oyunlarda belə nəticələr qaçılmaz olacaq.


Mətbuat konfransını tərk etməyimdə jurnalistlərə heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Sadəcə, bu, futboldur, futbolda belə hallar olur. Emosiyalar arta bilir. Komandamızın keçmiş kapitanı, hazırda “Neftçi”nin oyunçusu Elvin Camalov bizim futbolçuya qarşı qeyri-peşəkar davranmışdı.


Hər oyunu udmalıyıq. Amma belə köklənməklə çətin olacaq, bir ayaqla oynayıb qələbə qazanmaq olmur”.