"Mançester Siti" və "Çelsi"nin sabiq qapıçısı Villi Kabalyero məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, argentinalı qolkiper "Lester"də çalışacaq. 

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Kabalyero yeni mövsümdən Çempionşipdə çıxış edəcək "Lester"in baş məşqçisi Enzo Mareskanın köməkçilərindən biri olacaq.

2021-ci ildən "Southempton"da çıxış edən 41 yaşlı qapıçının klubla müqaviləsi iyunda başa çatıb. O, peşəkar karyserını başa vurduğunu açıqlamayıb. Kabalyero “Çelsi” və “Mançester Siti”dən başqa, İspaniyanın “Malaqa” və “Elçe”, Argentinanın “Boka Xuniors” və “Arsenal” (Sarandi) klublarında da oynayıb.