Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi bu gün start götürəcək.


Rekord.az xəbər verir ki, yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.


Turnirdə 50 komandadan 153 boksçu gücünü yoxlayacaq. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.


Final mərhələsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.


Yarışın baş hakimi Anar Babanlı olacaq.


Bakı Boks Mərkəzində təşkil olunacaq turnirin final mərhələsi aprelin 26-da başa çatacaq.