“Qarabağ”ın futbolçusu Kadi Borges Polşa millisindən dəvət alması haqda xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu İTV-də yayımlanan “Bol futbol” verilişinə müsahibəsində bu məlumatı təsdiqləyib

“Polşa Futbol Federasiyası ilə bu haqda söhbətimiz olub. Bundan başqa nəsə deyə bilmərəm. Çünki hələ deyiləcək nəsə yoxdur. Olsa deyərdim” - deyə o qeyd edib.

Kadi Polşa millisində oynamaq istədiyini də bildirib.