“Qarabağ” heyətini azarkeşlərə çox yaxşı tanış olan futbolçu ilə gücləndirib. 


Komanda.az xəbər verir ki, klub sabiq yarımmüdafiəçisi Kadi Borges “Qarabağ”ın sıralarına qoşulub.


28 yaşlı braziliyalı futbolçu yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq. Onunla 4 illik müqavilə imzalanıb.


2021-22-ci illərdə də bu komandada forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.