Kadinin vurduğu qol ən yaxşı adına namizəd oldu – Konfrans Liqasında
- 01 Okt 2021 14:43
- 439
Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borgesin “Omoniya” ilə görüşün 53-cü dəqiqəsində vurduğu ilk qol da var.
Həmçinin “Alaşkert”dən (Ermənistan) Aleksandar Qlişiçin HJK-ya (Finlandiya), “Vitess”dən (Niderland) Maksimilian Vittekin “Renn”ə (Fransa) və “Mura”dan (Sloveniya) Ziqa Kousun “Tottenhem”ə (İngiltərə) vurduğu qollar da ən yaxşılar sırasında yer alıb.
Qalib, UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.